“Android” istifadəçilərinin NƏZƏRİNƏ: Bank hesablarınız bu tətbiqlə OĞURLANACAQ

“Android” istifadəçilərinin NƏZƏRİNƏ: Bank hesablarınız bu tətbiqlə OĞURLANACAQ

Hazırda oxunan: “Android” istifadəçilərinin NƏZƏRİNƏ: Bank hesablarınız bu tətbiqlə OĞURLANACAQ

106154

“Google Play”də yeni zərərli “Android” tətbiqlər aşkar edilib.  

Bizim.Media xəbər verir ki, bu dəfə aşkar edilmiş zərərli tətbiqlər özlərini fayl menecerləri kimi maskalayırlar. 

Aşkar edilmiş zərərli tətbiqləri istifadəçi cihazına quraşdırıldıqdan sonra o, troyanı kənar resurslardan yükləyir. Zərərli tətbiqlər özlərini fayl menecerləri kimi maskaladıqları üçün istifadəçilər onlar tərəfindən tələb edilən sistem icazələrindən şübhələnmirlər. 

Bununla belə həmin tətbiqlər sistem icazələrindən istifadə edərək “Sharkbot” troyanını cihaza yükləyirlər.

“Sharkbot”un isə əsas məqsədi istifadəçinin “onlayn bankçılıq”da olan hesabları üzərində idarənin ələ keçirilməsidir. Odur ki, hakerlər “Sharkbot”u yüksək intensivliklə “Google Play”də yerləşdirməyə çalışırlar.

Qeyd edək ki, daha əvvəl bir neçə dəfə sözügedən troyan “Google Play”də aşkar edilib.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO