Hacıqabulda “Opel” “Mersedes”lə TOQQUŞDU – Xəsarət alanlar var 

Hacıqabulda “Opel” “Mersedes”lə TOQQUŞDU – Xəsarət alanlar var 

Hazırda oxunan: Hacıqabulda “Opel” “Mersedes”lə TOQQUŞDU – Xəsarət alanlar var 

106142

Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil “Mersedes” markalı avtomobillə toqquşub.  

Qəza nəticəsində Sabirabad rayon sakinləri, 69 yaşlı Babayev Qadir Qoca oğlu ilə 63 yaşlı Məmmədova Məleykə Murad qızı müxtəlif dərəcəli xəsarətlər alıb.  

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Faktla bağlı araşdırma aparılır.  

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO