Xatun qardaşının MƏZARI BAŞINDA:

Xatun qardaşının MƏZARI BAŞINDA: "Oğlumun toyudur, sən isə yoxsan" - VİDEO 

Hazırda oxunan: Xatun qardaşının MƏZARI BAŞINDA: "Oğlumun toyudur, sən isə yoxsan" - VİDEO 

106140

"Bu gün yuxuya gəlmisən gülürmüşsən, sevinirmişsən mən də yuxuda çox narahat olmuşam. Məni qucaqlayıb demisən ki, hər şey yaxşı olacaq narahat olma". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkə hesabında mərhum stilist qardaşı Balaş Əliyevin məzarını ziyarət edərkən paylaşdığı görüntülərə yazdığı şərhdə bildirib.  

Noyabrın 28-də oğlu Adilə toy edən sənətçi mərhum qardaşının da bu xoş günlərə şahidlik etmək istədiyini yazıb:

"Bu günləri çox arzulayırdın. Bax, Adilin toyudur, amma sən yoxsan. Kaş, yanımda olardın. Ruhun bizimlədi. Allah sənə rəhmət eləsin, dəniz gözlüm, nur içində yat”. 

Qeyd edək ki, Balaş Əliyev ötən il beyin xərçəngindən vəfat edib.       

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO