Həqiqətlə üzləşməkdən qorxan BÜRCLƏR – Kimlər xəyallar aləmində yaşamağı seçir?

Həqiqətlə üzləşməkdən qorxan BÜRCLƏR – Kimlər xəyallar aləmində yaşamağı seçir?

Hazırda oxunan: Həqiqətlə üzləşməkdən qorxan BÜRCLƏR – Kimlər xəyallar aləmində yaşamağı seçir?

106107

Həyat həmişə istədiyiniz və planlaşdırdığınız kimi getmir. Həyatınız boyu müxtəlif problemlərlə qarşılaşa və onları həll etməkdə çətinlik çəkə bilərsiniz. Bəzi insanlar yaşadıqları mənfi hadisələrlə qarşılaşmaq üçün yetərli cəsarətə sahibdirlər. Amma bəziləri də bütün faktlardan qaçır. Və bəzi bürclər var ki, onlar həqiqətlərlə üzləşməkdən qorxurlar. 

Bizim.Media bu cür bürclərin siyahısını təqdim edir: 

Balıqlar 

Balıqlar öz fantaziya dünyasında yaşamağı sevirlər . Bu səbəbdən də həqiqətdən qaçır və reallığı qəbul etmirlər. Hətta onlar real dünya ilə üzləşməyə nifrət edirlər. Ətrafdakı reallıqları qəbul etməli olduqları zaman depressiyaya düşürlər. Balıqlar həm iş, həm də şəxsi həyatlarından çəkinirlər və baş verən ən kiçik problemdən belə uzaqlaşmağın yollarını axtarırlar. 

Dolça 

Dolçalar ürəklərinin qırılmasından çox qorxurlar. Bu səbəbdən faktlarla sərt şəkildə üz-üzə gəlməkdən çəkinirlər. Onlar da istifadə olunacağından qorxduqları üçün münasibətlərindən uzaqlaşırlar. Onlar təklikdən qorxurlar və bu qorxu onların hər hansı ciddi münasibətdən qaçmasına səbəb olur . Partnyorlarının hər an onları tərk edə biləcəyini düşünürlər. Dolça bürcü heç vaxt bu ürək ağrısına dözə bilməz. 

Tərəzi 

Tərəzilər öz səhvlərini etiraf etməli olduqları istənilən vəziyyətdən qaçırlar. Öz hərəkətlərinə görə məsuliyyətdən qaçmaq üçün heç bir fürsət buraxmırlar. Bu, onların iş yerlərində tez-tez baş verir və onların səhv etdiklərini heç vaxt etiraf etməmələrinin əsas səbəbi başqalarının qarşısında pis görünmək istəməmələridir. Tərəzilər öz imicləri ilə bağlı ciddi narahatlıq keçirirlər. 

Oğlaq 

Oğlaqlar, ümumiyyətlə, həyatlarını bütün reallığı ilə yaşamağı sevirlər. Buna görə də bəzən həqiqətdən qaçmaq istəmələri təəccüblü ola bilər. Oğlaqlar iş həyatında həmişə uğurlu olmaq istəyirlər. Ancaq bacardıqları qədər məsuliyyətlərindən qaçırlar. Stresini artıran hər hansı bir iş onlar üçün deyil. Bədbəxt olduqları bir mühitdədirlərsə, oradan uzaqlaşmaq üçün əllərindən gələni edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO