Biləsuvarda “Hind quşu festifalı” keçiriləcək – BU TARİXDƏ

Biləsuvarda “Hind quşu festifalı” keçiriləcək – BU TARİXDƏ

Hazırda oxunan: Biləsuvarda “Hind quşu festifalı” keçiriləcək – BU TARİXDƏ

106078

Biləsuvar rayonundakı Mərkəzi Parkda Rayon İcra Hakimiyyətinin, “Azər Home Chef” şirkətinin və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə möhtəşəm ikinci “Hind quşu festivalı” keçiriləcək.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, noyabrın 26-da baş tutacaq festivalda yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak edəcək.

Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam rayon sakinlərinə və qonaqlara təqdim olunacaq.

Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçiriləcək, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil olunacaq, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayişi planlaşdırılır. Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Festival boyu musiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunacaq, sonda möhtəşəm atəşfəşanlıq keçirililəcək. 

Qeyd edək ki, ilk festival ötən il baş tutub.

Elşən Feyzullayev, Bizm.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO