Biri ödəmə aparatını baltaladı, digəri qəlyan oğurladı - FOTO  

Biri ödəmə aparatını baltaladı, digəri qəlyan oğurladı - FOTO  

Hazırda oxunan: Biri ödəmə aparatını baltaladı, digəri qəlyan oğurladı - FOTO  

10605

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ödəmə aparatından və oyun zalından oğurluq edən şəxslər saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən oyun zalından ümumi dəyəri 1182 manat olan 3 ədəd “Playstation-3” aparatının, həmin aparatlara aid pultların və 1 ədəd qəlyanın oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törətməkdə şübhəli bilinən Masallı sakini Yalçın Həşimov saxlanılıb və oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisindəki ödəmə aparatlarından birini balta ilə sındıraraq içərisindən 465 manat pul oğurlayan Kamran Xammədov saxlanılıb.

Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik vasitə heroin və oğurladığı pulların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO