Türkiyədə beşinci nəsil hərbi təyyarə hazırlanır

Türkiyədə beşinci nəsil hərbi təyyarə hazırlanır

Hazırda oxunan: Türkiyədə beşinci nəsil hərbi təyyarə hazırlanır

105985

Türkiyə beşinci nəsil yerli hərbi təyyarənin yaradılması layihəsinin icrasını sürətlə davam etdirir.

Bizim.Media xəbər verir ki, sözügedən təyyarələr Türk Havacılık və Uzay Sanayinin (TUSAŞ) mütəxəssisləri tərəfindən hazırlanır.

Layihənin hazırlanmasınd işlər Türkiyə Müdafiə Sənayesi İdarəsi ilə koordinasiyalı formada aparılır. 

Layihənin növbəti mərhələsi çərçivəsində 18 mart 2023-cü il tarixində anqardan çıxarılması planlaşdırılan prototip təyyarənin gövdəsi və qanadlarının quraşdırılmasına başlanılıb.

Yerli hərbi təyyarənin prototipi beynəlxalq standartlara tam uyğun olacaq. Təyyarənin prototipinin yaradılması zamanı 6500-ə yaxın ehtiyat hissəsi və 30 müxtəlif alt sistem istifadə olunacaq.
Layihənin sonrakı mərhələləri 2029-cu ilə qədər həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO