İran səfiri Azərbaycan XİN-ində görüş keçirib

İran səfiri Azərbaycan XİN-ində görüş keçirib

Hazırda oxunan: İran səfiri Azərbaycan XİN-ində görüş keçirib

105982

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İranın Azərbaycandakı səfiri Abbas Musəvi arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İran səfirliyi teleqramda məlumat yayıb.

Qeyd olunub ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib.

“Eyni zamanda ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə media sahəsində əməkdaşlıq və iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsi məsələsinə toxunulub” - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO