“İstanbuldakı zəlzələdə 93 nəfər xəsarət alıb” – Türkiyəli nazir

“İstanbuldakı zəlzələdə 93 nəfər xəsarət alıb” – Türkiyəli nazir

Hazırda oxunan: “İstanbuldakı zəlzələdə 93 nəfər xəsarət alıb” – Türkiyəli nazir

105979

Bu səhər İstanbul yaxınlığında baş verən zəlzələ nəticəsində 93 nəfər xəsarət alıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu özünün "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

Nazir yaralılar və hadisə barədə son məlumatları çatıdırıb:

"Son məlumatlara görə, episentri Düzcədə olan zəlzələ nəticəsində xəsarət alanların sayı 93 nəfərdir. 37 yaralı, onlardan birinin vəziyyəti ağır - Düzcədə; İstanbulda - 2, Boluda - 14, Zonquldağda - 10, Sakaryada - 26 və Bursada - 4. 17 nəfərin xəstəxanalarda müalicəsi davam edir".
Qeyd edək ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO