“Bizim dostluğumuz əbədi olacaq” - İlham Əliyev – VİDEO 

“Bizim dostluğumuz əbədi olacaq” - İlham Əliyev – VİDEO 

Hazırda oxunan: “Bizim dostluğumuz əbədi olacaq” - İlham Əliyev – VİDEO 

105907

“Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da dərinləşməsi və geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı sonra bildirib: 

“Biz bu gün növbəti illər üçün bir sözlə bir gündəlik tərtib etdik. Prezidentlər bu gündəliyi, əlbəttə ki, öz diqqətində saxlayacaq, bu məsələlərin icrasına nəzarət edəcək. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün, əlbəttə ki, biz tez-tez görüşməliyik. Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə ki, mən də yenidən gələcəyəm ”. 

Dövlət başçısı yenidən Serbiyada olmağından məmnunluğunu ifadə edərək deyib: 

“Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO