“İran region üçün təhlükədir” – Ağ Ev rəsmisi

“İran region üçün təhlükədir” – Ağ Ev rəsmisi

Hazırda oxunan: “İran region üçün təhlükədir” – Ağ Ev rəsmisi

105770

“İran region üçün hələ də təhlükə yaradan addımlarını davam etdirir”.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. 

O, bildiriib ki, rəsmi Vaşinqton Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün qarşıya məqsəd qoyub:

“Ağ Ev adminstrasiyası İranın nüvə silahına sahib olmaması üçün bütün variantları nəzərdən keçirəck. Vaşinqton çoxdan müşahidə edir ki, İran nüvə silahı yaratmaq üçün zənginləşdirilmiş uranın istehsalına sərf olunan vaxtı qısaltmağa çalışır. Bu baxımdan, Baydenin rəhbərlik etdiyi ABŞ-ın hazırkı administrasiyası əvvəldən İranla nüvə sazişini bərpa etməyə çalışırdı”.

Ağ Ev rəsmisi İranı region üçün davamlı təhlükə adlandırıb.

“Yalnız nüvə sənayesindəki irəliləyişinə görə deyil, həm də ballistik raket imkanlarını necə təkmilləşdirməyə davam etdiyinə görə İran region üçün təhlükədir. Biz Amerika Birləşmiş Ştatlarının Prezidenti üçün bütün imkanlara malik olduğumuzu təmin etmək niyyətindəyik və edirik. Şübhəsiz ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimizlə bağlı mövqeyimizi dəyişməmişik”- deyə C.Kirbi bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO