Argentina üzərində sensasiyalı qələbəyə görə Ərəbistanda bayram elan olundu

Argentina üzərində sensasiyalı qələbəyə görə Ərəbistanda bayram elan olundu

Hazırda oxunan: Argentina üzərində sensasiyalı qələbəyə görə Ərəbistanda bayram elan olundu

105761

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud milli komandanın DÇ-2022-nin ilk turunda bu gün Argentina yığması üzərində sensasiyalı qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə xəbər agentliyinin rəsmi “Twitter” səhifəsi məlumat yayıb. 

Məlumata görə, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü elan edilib. Belə ki, məktəb və universitetlərdə də bir günlük tətil olacaq. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib. Hesabı Lionel Messi açsa da, ərəblər əzmkar qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO