Yoxlama başlayan teatrın REJİSSORU – “Uşağa da desən anlayar ki, Nazirlik qərəzlidir”

Yoxlama başlayan teatrın REJİSSORU – “Uşağa da desən anlayar ki, Nazirlik qərəzlidir”

Hazırda oxunan: Yoxlama başlayan teatrın REJİSSORU – “Uşağa da desən anlayar ki, Nazirlik qərəzlidir”

105710

Xəbər verildiyi kimi Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlayıb. Yoxlamanın aparılması əmrini mədəniyyət naziri Anar Kərimov imzalayıb. Nazirliyin yoxlamasının noyabrın 18-dən başladığı və keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.

Nazirlik bunu inkar etsə də, Kukla Teatrının rejissoru, "Oyuq", "Küllücə" studiyalarının və "Oyun" teatrının rəhbəri, yazıçı Səidə Haqverdiyeva yoxlamanın məhz onun KİV-dəki açıqlaması ilə bağlı olduğunu iddia edir.

Bu barədə Bizim.Media-ya açıqlama verən Səidə Haqverdiyeva həm də Mədəniyyət Nazirliyinin son 3 ildə onlara diqqətsizliyindən gileylənib:
 

MÖVZU İLƏ BAĞLI:

Mədəniyyət Nazirliyi Kukla Teatrında YOXLAMALARA BAŞLADI


“Bir həftə əvvəl mətbuatda müsahibəm çıxmışdı və orada haqlı olaraq məni narahat edən bəzi məqamlara toxunmuşdum. Həmin açıqlamadan tam bir həftə sonra, yəni noyabrın 21-də Kukla Teatrına yoxlama gəlib.

Əllərində sənəd var ki, guya bütün teatrları və Nazirliyin balansında olan qurumları yoxlayacaqlar. Amma paytaxt teatrları olaraq birinci bizdən başlayıblar. Mən demirəm məhz buna görə gəliblər, amma belə görünür.

Bu məsələdə mütləq şəkildə qərəz var. Çünki Rəşad Əhmədzadə mənim həyat yoldaşımdır. Kiçik uşağa da bunu desən, eynən o da düşünəcək ki, bir həftə əvvəl adam etirazını dilə gətirib. Bir həftə sonra onun həyat yoldaşının rəhbərlik etdiyi quruma yoxlama göndərilib. Sizcə bunun altında nə yatır? Bəlkə mən səhv anlayıram?”

Səidə Haqverdiyeva Mədəniyyət Nazirliyinin teatra ögey münasibətindən də danışıb:

“Teatra festivallardan dəvətlər gəlir, amma Nazirlik maliyyə ayırmır. Namiq Ağayevin 60 illik yubileyi keçirildi. Dəvət olunduqları halda Mədəniyyət Nazirliyindən bir nəfər olsun təşrif buyurmadı. Sadalamağa başlasam, siyahı uzun olacaq.

Bir neçə ay əvvəl Kukla Teatrının direktoru Rəşad Əhmədzadə də müsahibəsində bildirmişdi ki, Kukla Teatrının 90 illik yubileyinə nazir gəlmədi. Bilirsiz ki, 1931-ci ildən bu teatr yaradılıb və 90 ömürlük yol gəlib. Amma nazir gəlməmişdi.
Haqlı olaraq öz gözləntimizi və bəkləntimizi dilə gətirmişdik. Bir neçə ay keçdi, heç bir reaksiya olmadı. Indi isə bir həftə əvvəl verdiyim müsahibə səbəbindən yoxlama başladılıb. Qeyd edim ki, Kukla Teatrı bacardığını edir, ayaqda durmağa çalışır və bir-birindən gözəl tamaşalar hazırlayır. Amma 3 ildir teatr Mədəniyyət Nazirliyinin diqqətindən kənarda fəaliyyət göstərir.

Halbuki teatr uşaqlara xidmət göstərir və hər zaman qayğıya, diqqətə ehtiyacı var. Yeganə teatrdır ki, getdiyi bütün festivallardan birinciliklə qayıdb.

Hətta nəzdində “Oyuq” studiyası fəaliyyət göstərir ki, azyaşlı uşaqlardan ibarətdir. Xaricdə baş tutan festivallarda iki dəfə Qran – piri, bir dəfə birincilik, bir dəfə isə fərqlənmə diplomu alıb”, -deyə rejissor əlavə edib.
Qeyd edək ki, Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyində biletlərin qiymətinin artırılmasını təklif edib. Amma teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib.

Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb. Beləliklə tərəflər arasında narazılıq başlayıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO