İndoneziyada zəlzələdə ölənlərin sayı 252-yə çatdı

İndoneziyada zəlzələdə ölənlərin sayı 252-yə çatdı

Hazırda oxunan: İndoneziyada zəlzələdə ölənlərin sayı 252-yə çatdı

105673

İndoneziyada noyabrın 21-də baş vermiş 5,1 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 252 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi ölkənin hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, daha 31 nəfər itkin düşüb, azı 377 nəfər xəsarət alıb. Həmçinin 7 mindən çox insan təbii fəlakətin fəsadları səbəbindən hələ də evlərinə qayıda bilmir.
Qərbi Yava əyalətindəki Çiancur dairəsində məktəblər və xəstəxanalar da daxil olmaqla, 700d ən çox bina zədələnib.

Zəlzələnin episentri ölkənin paytaxtı Cakartadan 74 kilometr cənub-şərqdə, 5 kilometr dərinlikdə yerləşib.

Sakit okean hövzəsində qırılma xətləri üzərində yerləşən İndoneziya tez-tez zəlzələ, vulkan püskürmələri və sunamilərə məruz qalır. 2004-cü ildə baş vermiş güclü zəlzələ və sunami təxminən 230 min insanın həyatına son qoymuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO