Rafael Dadaşovun qızı: “Bəxt üzüyü”ndə atamın sürdüyü “Mercedes” hələ də saxlanılır” - VİDEO

Rafael Dadaşovun qızı: “Bəxt üzüyü”ndə atamın sürdüyü “Mercedes” hələ də saxlanılır” - VİDEO

Hazırda oxunan: Rafael Dadaşovun qızı: “Bəxt üzüyü”ndə atamın sürdüyü “Mercedes” hələ də saxlanılır” - VİDEO

105657

“İçim özümü, çölüm özgəni yandırır”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Mərhum sənətkarın qızı bildirib ki, 1991-ci ildə çəkilən “Bəxt üzüyü” bədii filmində ki, R.Dadaşovun idarə etdiyi “Mercedes” markalı avtomobil bir şəxs tərəfindən alınaraq qarajında heç bir detalı dəyişdirilmədən qorunub, saxlanılır.
“Bəxt üzüyü” filmində atam Rafael Dadaşovun idarə etdiyi “Mercedes” avtomobili ilə bağlı çox gözəl layihə olacaq. Gördüyünüz bu avtomobil hələ də durur. Hələ də eyni vəziyyətdədir, heç yeri dəyişdirilməyib.

Bu avtomobili antik ediblər. Rulu, oturacağı, siqnalı, nömrəsinədək heç nəyə toxunulmayıb. Bu maşını bir insan alıb. O avtomobilə toxunmayıb ki, Rafael Dadaşov əyləşib, idarə edib. O şəxs mənimlə görüşüb söylədi ki, bu avtomobil ilə bağlı layihə edəcəyik. Bu sənətkara böyük dayaq və hörmətdir”, - deyə Səidə vurğulayıb.

Qeyd edək ki, aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 2020-ci il martın 16-da tarixində vəfat edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO