Bakı Oksford Məktəbinin qurucusu etiraf etdi: \

Bakı Oksford Məktəbinin qurucusu etiraf etdi: \"Məktəbi əlimizdən zorla aldılar\"

Hazırda oxunan: Bakı Oksford Məktəbinin qurucusu etiraf etdi: \"Məktəbi əlimizdən zorla aldılar\"

105640

"Necə də maraqlıdır. Vaxtilə Bakı Oksford Məktəbini bizə 1 qəpik də vermədən əlimizdən aldılar. Bu məktəbi qurub-yaratmağa və inkişafına mənim və rəhmətlik həyat yoldaşımın 20 ili getmişdi. İndi isə bumeranq effekti baş verir. Mən ilahi ədalətə inanıram".

Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Oksford Məktəbinin əsl qurucusu olan Azərbaycanın görkəmli təhsil xadimi Nailə Rzayeva bildirib.

Qeyd edək ki, deyilənlərə görə Nailə xanım bu biznesi 20 il inkişaf etdirəndən sonra Rasim Məmmədov-Ramiz Mehdiyev tandemi tərəfindən məktəb əllərindən zorla alınmışdı.

Hazırda isə Rasim Məmmədovun dövlətə vurduğu ziyana görə, Bakı Oksford Məktəbi həbs olunan əmlaklar arasındadır.

Mənbə bildirir ki, Rasim Məmmədov Ramiz Mehdiyevin yaxın adamı hesab olunurdu və o vaxtlar bütün məsələləri onunla birgə həyata keçirirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO