Teatrdan uzaqlaşdırılan Məsumə Babayeva: “Söyləyirlər ki, sən lazım deyilsən“ - VİDEO

Teatrdan uzaqlaşdırılan Məsumə Babayeva: “Söyləyirlər ki, sən lazım deyilsən“ - VİDEO

Hazırda oxunan: Teatrdan uzaqlaşdırılan Məsumə Babayeva: “Söyləyirlər ki, sən lazım deyilsən“ - VİDEO

105625

“50 ildir ki, “Gənc Tamaşaçılar” teatrında  can qoymuşam. Teatrın 90 illiyi olan kimi,  məni ora çağırdılar. Dedilər ki, ərizəni yaz, işdən çıx. Teatrdan məni uzaqlaşdırdılar. Bundan sonra çətin günlərim başladı.

İşdən çıxma ərizəni yazdırınca az qaldı infarkt vursun məni. Əməyimə görə 321 manat təqaüd alıram. Təqaüdüm yaxşı olsaydı, çəkilib oturardım ki, həm təqaüdüm var, həm də kənar çəkilişlərim var, dolanardım. İndi nə yüksək təqaüd alıram, nə də ki çəkilişlərim var”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Məsumə Babayeva “ATV səhər” verilişinə müsahibəsində deyib.

Teatrdan uzaqlaşdırıldığı bildirən 82 yaşlı sənətkar bu səbəbdən ağır xəstəliklərə düçar olduğunu söyləyib:

“Teatrdan işdən çıxandan sonra, xəstəliklərim başladı üzə çıxmağa. Xəstələndim, xəstəlik tapdım. Məni insult vurdu, ayaqlarım tutuldu, sinəmdə xərçəng tapıldı. Bunlar hamısı fikirdən, dərddən oldu. Teatr əvvəl məni “yarım ştata” saldılar, sonra da müqaviləyə keçirdilər. Adım rəsmi olaraq, teatrda var. Amma məni oraya rol oynamağa çağırmırlar.

Söyləyirlər ki, get otur, sən lazım deyilsən. Niyə lazım deyiləm? Danışığım, ağlım, gözəlliyim yerində. Niyə görə teatr səhnəsində lazım deyiləm? Bəs bu yaşlı qəhrəmanların obrazını səhnədə kim canlandıracaq? Ana obrazlarını kim oynayacaq? Cavan qızlar?”.
M.Babayeva aldığı təqaüdün yalnız dərmanlarına xərclədiyini açıqlayıb:

“Qazancım əczaxanaya işləyir. O dərmanları nisyə alıram, sonra da gələn ay yarı-yarı o nisyələrı ödəyirəm. Pulum yeməyə yoxdur. Pulumu yalnız dərmanlara xərcləyirəm. Mənə çəkilişlə bağlı zəng gələndə uçuram sevincimdən. Budur yaradıcılığım. Aktyor səhnədə dünyasını dəyişməlidir”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO