İsrailin yeni İXTİRASI – Yeni kamikadze PUA-larının GÖRÜNTÜLƏRİ

İsrailin yeni İXTİRASI – Yeni kamikadze PUA-larının GÖRÜNTÜLƏRİ

Hazırda oxunan: İsrailin yeni İXTİRASI – Yeni kamikadze PUA-larının GÖRÜNTÜLƏRİ

105555

İsrailin "Elbit" konserni "Lanius" adlı miniatür dron yaradıb.  

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin "Kanal 9" telekanalı məlumat yayıb. 

Bildirilib ki, bu, kamikadze dronları içərisində ən son məhsuldur. Şəhər ərazilərində döyüş şəraitində əməliyyatlar aparmaq, düşmənin canlı qüvvəsini məhv etmək və kəşfiyyat məlumatları vermək üçün nəzərdə tutulub.  

Qeyd olunub ki, pilotsuz təyyarənin taktiki və texniki imkanları qapalı və ya çətin əldə edilən ərazilərdə fəaliyyət göstərməyə imkan verir. 

PUA-lar yarış multikopteri və süni intellektdən istifadə edərək daxil olan məlumatları emal edən NVIDIA Jetson TX2 kompüterinin simbiozuna çevrilib.  

"Lanius” 140 qram trotil partlayıcı ilə təchiz edilib və saatda 72 kilometr sürətə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO