Məktəblərdə TƏHLÜKƏ MƏNBƏYİ – Bu dəhşətli trenddən qorunmağın yolu nədir?

Məktəblərdə TƏHLÜKƏ MƏNBƏYİ – Bu dəhşətli trenddən qorunmağın yolu nədir?

Hazırda oxunan: Məktəblərdə TƏHLÜKƏ MƏNBƏYİ – Bu dəhşətli trenddən qorunmağın yolu nədir?

105547

Məktəblərdə vəhşi trendlər və əxlaqsız hərəkətlərin artması birbaşa informasiya yayqınlığı və sosial şəbəkələrlə bağlıdır. 

Mütəxəsislər hesab edir ki, informasiya təhlükəsizliyi təkcə rəqabətdə olan və düşmənçilik edən ölkələrlə deyil, gənc nəslin yetişməsində də vacib faktordur.

Bəs belə olduğu halda orta məktəblərdə, universitetlərdə media savadlılığı ilə bağlı dərslərin tədrisinə ehtiyac varmı?

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Bizim.Media-nın sualını cavablandırarkən söyləyib ki, bu gün cəmiyyətdə bütün sahələr üzrə davamlı maarifləndirməyə ehtiyac olduğu kimi bu istiqamətdə də müəyyən işlər aparmaq lazımdır: 

“Şərt deyil ki, media savadlılığı bir fənn kimi tədris edilsin. Əsas odur, bu istiqamətdə orta məktəblərdə, universitetlərdə müzakirələr aparılsın, dəyirmi masalar təşkil edilsin, seminarlar keçirilsin”.

Bakı Dövlət Universitetinin dosenti, Jurnalistika fakültəsinin müəllimi Vəfa Aslan da cəmiyyətdə insanların mediadan gələn informasiyanı, mesajları deşifrə etməyində problem yaşadıqlarını təsdiqləyib: 

“İnsanlar çox rahatlıqla media informasiyasının manipulyasiyasına düşürlər. Buna görə də bəzən hansısa yanlış məlumatın yayılmasında hətta savadlı insanların da vətəndaş jurnalisti kimi iştirakçıya çevrildiyinin şahidi oluruq”. 

Müəllim qeyd edib ki, bir çox qərb ölkələrində, eləcə də qonşu ölkə Türkiyədə media savadlılığı ibtidai sinifdən tədris olunur: 

“Jurnalistika fakültəsində media savadlılığı tədris olunsa da, bu, təkcə jurnalistlətlərə yox, cəmiyyətin bütün seqmentinə vacibdir. Ona görə, düşünürəm ki, insanları etibarlı mənbələrə yönəltmək üçün ibtidai sinifdən başlamaq, xüsusilə də yuxarı siniflərdə media və informasiya savadlılığını tədris etmək vacibdir”. 

“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd söyləyib ki, məktəblərdə media savadlılığının tədrisi olduqca vacib və lazımlıdır:

“Dünya informasiya ilə idarə olunur. Təəssüf ki, bu gün cəmiyyətimizdə bir çox insan informasiyanı hansı etibarlı mənbədən alacağını bilmir. Buna görə də sosial şəbəkədə yayılan əsassız xəbərlərə inanır, bəzən onların yayımçısına da çevririlirlər. Bu baxımdan orta məktəblərdə media savadlılığı ilə bağlı tədrisə ciddi ehtiyac var”. 

Həmsöhbətimiz xatırladıb ki, bu problem ən ciddi şəkildə 44 günlük vətən müharibəsində müşahidə edildi: 

“Həmin dövrdə dəqiqləşməmiş, cəmiyyətdə ajiotaj yaradacaq xəbərlər yayılırdı. İndi nəzərə almalıyıq ki, müharibə bitsə də, informasiya müharibəsi bitmir. Sosial şəbəkə platformaları informasiyanın sürətli ötürülməsində  müsbət rol oynasa da, kimsə kimisə qaralamaq istədiyində, fakta söykənməyən məlumat yayanda da buradakı platformalardan alət kimi istifadə edir. Medianın isə standart, qızıl qaydaları var və onlardan kənara çıxmaq olmaz. Buna görə də biz cəmiyyəti hansı etibarlı informasiya mənbələrindən istifadə etməkləri ilə bağlı maarifləndirməliyik”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO