Baş Qərargah rəisi NATO-nun kontr-admiralı ilə görüşdü - FOTO

Baş Qərargah rəisi NATO-nun kontr-admiralı ilə görüşdü - FOTO

Hazırda oxunan: Baş Qərargah rəisi NATO-nun kontr-admiralı ilə görüşdü - FOTO

105478

Noyabrın 21-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb.

Bizim.Media Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qonağı salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramlar çərçivəsində fəal iştirakını qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini xüsusi vurğulayan Azərbaycan Ordusunun Baş Qərargah rəisi azad edilmiş ərazilərdə postmüharibə dövründə görülən işlər barədə danışıb.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən kontr-admiral Q.Brusdal, Azərbaycanın Şimali Atlantika Alyansının etibarlı tərəfdaşı olduğunu xüsusi vurğulayıb, ölkəmizin terrorizmə qarşı mübarizədə fəal iştirakını, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO qərargahlarındakı fəaliyyətlərini, habelə beynəlxalq sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO