“2023-cü il martın sonunadək Ağalı kəndinə daha 100 ailənin köçürülməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Pezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, Zəngilan rayonunun digər kəndlərinin də layihələndirilməsi davam etdirilir.
"Bəzi kəndlərin layihə konsepsiyası hazırdır, digər layihələr üzərində iş davam edir. Gələn ilin ortalarından bu kəndlərin tikintisinə başlamağı planlaşdırırıq. Gələn ildən, həmçinin Zəngilanda "ağıllı" şəhərin tikintisinə başlamaq nəzərdə tutulur", - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 21.11.2022
Zəngilanda "ağıllı" şəhər inşa olunacaq – RƏSMİ
Hazırda oxunan: Zəngilanda "ağıllı" şəhər inşa olunacaq – RƏSMİ
Hazırda oxunan: Zəngilanda "ağıllı" şəhər inşa olunacaq – RƏSMİ
105469
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.