Polis Qazaxda ƏMƏLİYYAT keçirdi – TUTULAN VAR - FOTO

Polis Qazaxda ƏMƏLİYYAT keçirdi – TUTULAN VAR - FOTO

Hazırda oxunan: Polis Qazaxda ƏMƏLİYYAT keçirdi – TUTULAN VAR - FOTO

105461

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla Azərbaycan ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini, Ümid Rəsulov və Zəngilan rayon sakini Bəhruz Əhmədov sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıblar.

Həmin şəxslər Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman onlardan 1 kiloqram 15 qram heroin, 985 qram marixuana və metadon həbləri aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO