Azərbaycan-İran Parlamentlərarası işçi qrupunda kimlər var? – “İstefa verəcəm” - SİYAHI 

Azərbaycan-İran Parlamentlərarası işçi qrupunda kimlər var? – “İstefa verəcəm” - SİYAHI 

Hazırda oxunan: Azərbaycan-İran Parlamentlərarası işçi qrupunda kimlər var? – “İstefa verəcəm” - SİYAHI 

105460

İranla gərgin günlərin yaşandığı məqamda hər kəsin diqqəti həm də Azərbaycan-İran Parlamentlərarası işçi qrupuna doğru yönəlir. Hazırda işçi qrupunun 10 üzvü var.

İlkin olaraq onların adlarını təqdim edirik:

1. Vasif Talıbov – işçi qrupunun rəhbəri 

2. Əziz Ələkbərov – işçi qrupunun üzvü

3. Ülviyyə Həmzəyeva –işçi qrupunun üzvü

4. Eldar İbrahimov-işçi qrupunun üzvü 

5. Cəbi Quliyev –işçi qrupunun üzvü

6. Elşad Mirbəşiroğlu –işçi qrupunun üzvü

7. Aydın Mirzəzadə -işçi qrupunun üzvü

8. Madər Musayev –işçi qrupunun üzvü

9. Cavanşir Paşazadə -işçi qrupunun üzvü

10. Fazil Mustafa –işçi qrupunun üzvü 

Yaranmış situatsiyadan əvvəl də, sonra da bur qrupdakı deputatların bəzilərinin İranın ikiüzlü siyasətinə qarşı həmişə mövqe bildirişi olub. Amma onların bir çoxu susmağa üstünlük veriblər.

Nədən? Özlərindən öyrənək.
 

MÖVZU İLƏ BAĞLI:

Tehrana SƏRT REAKSİYA: “İrana qandırmaq istəyirik ki, həddini bil” – VİDEO 


Millət vəkili Cavanşir Paşazadə Bizim.Media-ya açıqlamasında işçi qrupunun üzvü və bir vətəndaş kimi dəfələrlə bu məsələyə öz mövqeyini bildirdiyini söylədi:

“Ötən cümə günü İsraildə səfirliyimizin açılması ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə mən çıxış edib bir daha qeyd etdim ki, bu ölkədə səfirliymizin açılmasının İranın yürütdüyü anti-Azərbaycan siyasətinə qətiyyən dəxli yoxdur. 30 ildən artıqdır ki, İsraillə bütün sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün orada bizim diplomatik korpusun olması artıq həyati zərurət kəsb edir”.

Millət vəkili onu da əlavə etdi ki, biz təkcə İsrailə qarşı deyil, bütün dövlətlərlə sülh və dostluq şəriatində yaşamaq istəyirik:

“Çox təəssüf ki, bizim bu nəcib təşəbbüsümüz bəzən istənilən qarşılığı almır. Bunu İranın son vaxtlar yürütdüyü siyasətdə də aydın görmək olar. Rəsmi və qeyri-rəsmi şəkildə hər gün İrandan ölkəmiz haqqında hədyanlar eşidirik. Bu nə qonşuluğa, nə də ki, dinə yaraşmır. Bu hədələr davam edərsə, Azərbaycan dövləti öz iradəsini ortaya qoymaq məcburiyyətində qalacaq”.

Cavanşir Paşazadə qeyd etdi ki, işçi qrupunun üzvü kimi İran parlamentindəki işçi qrupunun üzvləri ilə əlaqə qurmaq cəhdlərimiz hələlik alınmayıb:

“Bir müddət əvvəl İran parlamentinin spikerinin Azərbaycana gəlişi nəzərdə tutulmuşdu. Lakin, son anda iranlı spiker qeyri-müəyyən səbəblərə görə səfərdən imtina etdi. Biz də ümid etmişdik ki, görüşsək qarşılıqlı şəkildə oturub iradlarımızı bldirərik, fikrimizi söyləyərik. Çox çox təəssüf ki, bu görüş qarşı tərəfin günahı ucbatından baş tutmadı”.

İşçi qrupunun daha bir üzvü Fazil Mustafa işçi qrupu olaraq İranın islah olunması üçün çalışdıqlarını söylədi: 

“İllərdir çox güzəştli yanaşırdıq ki, qonşunun bir şeylər xətrinə dəyməsin. Qanmadılar. Gedib Qafanda oturdular ki, bəs sizə buradan yol verməyəcəyik. Bəs din qardaşınız olan ermənilər namusunuzdur, bayrağınızın yaşıl xəttidir. Siz məsciddə donuz saxlayanlarla donuz ətinin kababını çəkəndə bilməliydiniz ki, bizim də donuz əti yeməyənlərlə süifrəmizi bölüşməyimizə qatlanacaqsınız. Millətimizin ən böyük düşməni ermənidən də çox iransifətlərdir. Həm o tayda, həm də bu taydakı iransifətlər.” 

İşçi qrupunun daha bir üzvü Elşad Mirbəşiroğlu bildrdi ki, mənim mövqeyim ondan ibarətdir ki, Ermənistan 30 il Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayıb.

Bu işğalı bütün islam ölkələri açıq şəkildə pisləyib. Təəssüf ki, İran tərəfdən bunu biz görməmişik:

“Azəbaycan hər zaman İrana qarşı dostluq münasibəti bəsləyib. Postmüharibə dövründə Azərbaycanın irəli sürdüyü 3+3 platforması da bunun ən bariz nümunəsidir. Bütün bunların müqabilində İrandan bizə qarşı fərqli mövqe görürük”.

Millət vəkili onu da qeyd etdi ki, pandemiya ilə əlaqədar son 3 ildə Parlamentlərarası işçi qruplarının görüşü olmayıb:

“Çox arzu edərdim ki, İran anti-Azərbaycan mövqeyindən əl çəksin. Münasibətlərimiz yenə dostluq şəraitində davam etsin. Əgər münasibətlərimiz ən kəskin şəkildə pisləşərsə, ümid edirəm ki, bu olmayacaq, onda mən də işçi qrupundan istefa verəcəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO