Tanınmış jurnalist “Vətən uzaqda deyil” deyəcək – Yeni TV layihəsi

Tanınmış jurnalist “Vətən uzaqda deyil” deyəcək – Yeni TV layihəsi

Hazırda oxunan: Tanınmış jurnalist “Vətən uzaqda deyil” deyəcək – Yeni TV layihəsi

10532

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı çərçivəsində “Blits şərh” bölümünə start verilir.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, məqsəd xaricdə yaşayan azərbaycanlı jurnalistlərin müzakirə platformasını yaratmaq, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha yaxşı çatdırılması imkanlarını araşdırmaq, Avropa və qərbin media orqanları ilə əməkdaşlıq formatı istiqamətində fikir mübadiləsi aparmaqdır.

Ayda iki dəfə İctimai TV-də yayımlanan verilişin “Blits şərh” rubrikasını Komitənin dəvəti ilə hazırda Rusiyada yaşayan tanınmış jurnalist Xəyal Tağıyev aparacaq.

“Vətən uzaqda deyil” proqramının müəllifi və aparıcısı Vəsilə Vahidqızı bu barədə fb sosial şəbəkəsində məlumat verib və ziyalılar, jurnalistlər X.Tağıyevin Diasporla İş üzrə DK-nın vasitəsilə ilə yenidən TV ekranlarına qayıtmasını müsbət qarşılayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO