Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsi paylaşımı şəxsi “Twitter” hesabında edib.
“Ad günün mübarək, Ağdam!", - deyə Emin Hüseynov qeyd edib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:43 / 19.11.2022
Prezidentin xüsusi nümayəndəsi Ağdamın azad olunmasının ildönümündən YAZDI - FOTO
Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi Ağdamın azad olunmasının ildönümündən YAZDI - FOTO
Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi Ağdamın azad olunmasının ildönümündən YAZDI - FOTO
105285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.