Xəbər verdiyimiz kimi Britaniyanın Baş naziri Rişi Sunak Ukraynada prezident Volodimir Zelenski ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdən sonra Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak rəsmi “Twitter” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Britaniyanın Baş naziri Ukraynaya səfər edib Zelenski ilə GÖRÜŞDÜ - VİDEO
"Britaniya azadlıq uğrunda mübarizənin nə demək olduğunu bilir. Biz bu mübarizədə sona qədər sizinləyik", - deyə Sunak qeyd edib.
Baş nazir həmçinin bildirib ki, Britaniya Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün 125 zenit silahı və xüsusi avadanlıq verəcək.
Bizim.Media