Türkiyədə İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı daha 8 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul Baş Polis İdarəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İstanbuldakı terror aktının daha bir iştirakçısı saxlanılıb
Bildirilib ki, saxlanılan şəxslər terrorçulara yardım etməkdə və onları gizlətməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, saxlanılan iki şəxsin terror aktını törədən Suriya vətəndaşı Əhlam Əlbəşirə ölkəsindən qeyri-qanuni yollarla Türkiyəyə keçməkdə kömək etdikləri bildirilib.
Bizim.Media