İranda daha bir SEPAH polkovniki öldürüldü

İranda daha bir SEPAH polkovniki öldürüldü

Hazırda oxunan: İranda daha bir SEPAH polkovniki öldürüldü

105221

Noyabrın 18-i axşam saatlarında İranın Kermanşah əyalətinin Səhnə şəhərində İran İnqilabının Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin rəisi polkovnik Nadir Beyrami öldürülüb.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Səhnə şəhərinin fərmandarı Cahanbəxş Zəngənətəbar mediaya verdiyi açıqlamada polkovnikin soyuq silahla öldürüldüyünü deyib.

Onun sözlərinə görə, qətli törədənlər həbs edilərək aidiyyatı qurumlara təhvil veriliblər.

Polkovnikin etirazçılar tərəfindən öldürüldüyü iddia edilir.

Qeyd edək ki, noyabrın 17-də Kürdüstan əyalətinin Sənəndəc şəhərində polis polkovniki Hüseyn Yusifi,  İsfahanda isə polis qüvvələrinin xüsusi bölməsinin polkovniki İsmayıl Çıraği də öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO