Yevlaxda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlandı

Yevlaxda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlandı

Hazırda oxunan: Yevlaxda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlandı

105204

Noyabrın 19-u saat 06 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO