Bu dəqiqələrdə Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə əməliyyat-axtarış tədbirləri aparılır.
Bizim.Media bu barədə Caliber-ə istinadən xəbər verir.
Qeyd edək ki, F.Əhmədov Göyçaydakı “Aznar” şirə zavodunun sahibidir. O, 2022-ci il üçün Rusiyanın "Forbes" siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.
Fərhad Əhmədov 2004-2010-cu illərdə Rusiya Federasiyası Şurasının üzvü olub. 2022-ci ilin aprelində Aİ və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:13 / 18.11.2022
SON DƏQİQƏ - Göyçayda Fərhad Əhmədovun obyektlərində axtarış aparılır
Hazırda oxunan: SON DƏQİQƏ - Göyçayda Fərhad Əhmədovun obyektlərində axtarış aparılır
Hazırda oxunan: SON DƏQİQƏ - Göyçayda Fərhad Əhmədovun obyektlərində axtarış aparılır
105112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.