Jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər başlayıb – FOTO 

Jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər başlayıb – FOTO 

Hazırda oxunan: Jurnalistlər üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlər başlayıb – FOTO 

105098

Noyabrın 18-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə 40-a yaxın jurnalist üçün “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda təlimlərə başlanılıb. 

Bizim.Media xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olmalı, jurnalist peşəsinə sadiqlik nümayiş etdirməli, müəllif hüquqlarına hörmətlə yanaşmalı, təqdim etdiyi faktları təhrif etməməlidir. 

O, daha sonra MEDİA Agentliyinin media nümayəndələrinin peşəkarlığının artırılması istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva jurnalistlərin etik davranış qaydalarına riayət etməsinin vacibliyindən bəhs edib, belə təlimlərin ictimaiyyətə dolğun informasiya çatdırma funksiyasını ən yüksək şəkildə icra etməsi üçün media nümayəndələrinin fəaliyyətinə töhfə verəcəyini bildirib.

Tanınmış media təmsilçisi Tülin Daloğlu ADA Universitetində keçirilən təlimlərdə spiker kimi çıxış edib. 

O, Tükiyənin bir çox media subyektlərində çalışıb, 4 il “The Washington Times”da köşə yazarı kimi fəaliyyət göstərib, 30 il xarici siyasət şərhçisi olub. Bundan əlavə, onun bir çox məqalələri “New York Times”, “International Herald Tribune”, “ForeignPolicy.com”, “Daily Caller”, “Daily Star”, “Middle East Times” ve “SAIS Turkey Analyst Report” kimi media subyektlərində nəşr edilib. 

T.Daloğlu “Jurnalistikada etika və müəllif hüquqları nədir?”, “Redaksiya siyasəti və jurnalist etikası: peşəkar dəyərlərin formalaşması”, “Yeni media və etika: internet jurnalistikasında tez-tez rast gəlinən etik pozuntular”, Medianın hazırki vəziyyəti - ictimai gözləntilər və jurnalistika prinsipləri” və s. mövzularında çıxış edəcək, interaktiv müzakirə sessiyalarında jurnalistləri maraqlandıran sualları cavablandıracaq.
Qeyd edək ki, 2 gün davam edəcək təlimlərin məqsədi jurnalist peşəsinin əsas prinsiplərinin, etika qaydalarının və müəllif hüquqlarının qorunmasının, ictimaiyyəti düzgün məlumatlandırmaq məsuliyyətinin vacibliyinin bir daha vurğulanmasıdır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO