Ağdaşda dayanacaqda kişi meyiti aşkarlandı

Ağdaşda dayanacaqda kişi meyiti aşkarlandı

Hazırda oxunan: Ağdaşda dayanacaqda kişi meyiti aşkarlandı

105017

Ağdaş rayonunda dayanacaqda 66 yaşlı kişinin meyiti aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 17-də rayonunun Yuxarı Ləki kəndi ərazisində Ləki-Zərdab yolunun kənarında yerləşən dayanacaqda qeydə alınıb. 

Belə ki, 1956-cı il təvəllüdlü, tüfeyli həyat tərzi keçirmiş, mütəmadi olaraq spirtli içki qəbul etmiş Qasımov Umar Qasım oğlunun üzərində xəsarətləri olmayan meyiti aşkar edilib. 

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO