Prezidentdən Elnur Əliyevlə bağlı daha bir SƏRƏNCAM 

Prezidentdən Elnur Əliyevlə bağlı daha bir SƏRƏNCAM 

Hazırda oxunan: Prezidentdən Elnur Əliyevlə bağlı daha bir SƏRƏNCAM 

104934

Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib.

“Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılıb, “sədrinin müavini” sözlərindən sonra nöqtə işarəsi çıxarılıb və aşağıdakı məzmunda yeni abzas əlavə edilib.

“Azad Cəfərli – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.”

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO