Şəmkirdə yol kənarında meyit tapıldı

Şəmkirdə yol kənarında meyit tapıldı

Hazırda oxunan: Şəmkirdə yol kənarında meyit tapıldı

104886

Bu gün səhər saatlarında Şəmkir rayonunun Yeni Həyat kənd yolunda naməlum kişi meyitinin olması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlama verib.

Onun sözlərinə görə, dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən, avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO