NATO Baş katibi: “Ukrayna daha çox PUA-larla təmin edilməlidir”

NATO Baş katibi: “Ukrayna daha çox PUA-larla təmin edilməlidir”

Hazırda oxunan: NATO Baş katibi: “Ukrayna daha çox PUA-larla təmin edilməlidir”

104771

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya davamlı dəstəyi nəzərdən keçirmək və gələcək prioritetləri müzakirə etmək üçün Ukraynaya Yardım üzrə Təmas Qrupunun virtual iclasında iştirak edib. 

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. 

“Noyabrın 15-də Rusiyanın Ukrayna şəhərlərinə, mülki infrastruktura və əhaliyə kütləvi raket hücumları bu ölkənin qeyri-qanuni müharibədəki vəhşiliyini açıq şəkildə göstərir. Odur ki, müttəfiq ölkələr Ukraynaya dəstəyi davam etdirməli və gərginliyin qarşısını almalıdır”,- deyə Stoltenberq bildirib. 
Baş katib Ukraynanın ehtiyaclarından danışaraq bildirib ki, ölkə daha çox hava hücumundan müdafiə sistemləri, qış geyimləri, yanacaq və tibbi ləvazimatlarla təmin edilməlidir. 

Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya daha çox hərbi, maliyyə və humanitar dəstək verməsini təqdir edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO