Füzulidə Qarabağ Regional Hidrometeorologiya Mərkəzi tikiləcək - Zabux və Kəlbəcərdə isə… 

Füzulidə Qarabağ Regional Hidrometeorologiya Mərkəzi tikiləcək - Zabux və Kəlbəcərdə isə… 

Hazırda oxunan: Füzulidə Qarabağ Regional Hidrometeorologiya Mərkəzi tikiləcək - Zabux və Kəlbəcərdə isə… 

104760

2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının tikintisi nəzərdə tutulub. 

Bizim.Media xəbər verir ki, bu, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa Böyük Qayıdış layihəsi hökumətə təqdim edildi - RƏSMİ 


Belə ki, Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır. 

Tədbirlər planına əsasən işin icrası ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi məşğul olacaq. 

Eyni zamanda Füzulidə Qarabağ Regional Hidrometeorologiya Mərkəzi tikiləcək. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2023-2024-cü illərdə Füzuli rayonunda Mərkəzin binasının yerinin müəyyən edilməsi və tikintisinin layihələndirilməsi tapşırılıb. 

Həmçinin, sənədə əsasən, 2023-2024-cü illərdə Kəlbəcər rayonunda Regional Geoloji Bazanın tikintisi nəzərdə tutulur.  

Tikinti işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO