Artsurun Ovannisyan: “Şuşanın necə alındığını hələ də başa düşə bilmirəm” .
Bizim.Media Erməni mediasına istinadən məlumat verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsurun Ovannisyan bu gün jurnalistlərə açıqlamasında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Müdafiə Nazirliyindən MƏĞLUBİYƏT ANONSU
“Paşinyan Türkiyə-Azərbaycan dastanının qəhrəmanıdır” – Ermənistanın sabiq naziri
O, “Çətin günlər keçirən, məzlum və məğlub bir zabitlə danışırsınız”, deyə ifadə edib. Müharibə ərzində hər gün Ermənistan ordusunun gücünə, nizami ordunun şanlı mübarizəsinə inandığını qeyd edən Ovannsiyan, gerçəklərin isə bundan çox fərqli olduğunu vurğulayıb:
“Erməni xalqı, Ermənistandakı hər kəs buna inanmışdı, mən də məhz bunu xəyal edirdim. Ordunun necə döyüşdüyünü bilərək başqa nə deyə bilərdim ki?”.
Jurnalistlər tərəfindən Şuşanın necə itirilməsi ilə bağlı suala cavabında isə Ovannisyan, “Bilmirəm. Mənim də anlamadığım şeylər” var cavabını verib. O, müharibədən sonra hər gün döyüşlər haqqında məlumat əldə etməyə çalışdığını qeyd edərək, hələ də müharibədə nələrin baş verdiyini anlamağa çalışdığını bildirib.
Bizim.Media