G20-dən müharibə ANONSLARI – “Döyüşlər Ukraynadan kənara sıçraya bilər”

G20-dən müharibə ANONSLARI – “Döyüşlər Ukraynadan kənara sıçraya bilər”

Hazırda oxunan: G20-dən müharibə ANONSLARI – “Döyüşlər Ukraynadan kənara sıçraya bilər”

104725

İndoneziyanın Bali əyalətində keçirilən G20-in növbəti zirvə toplantısı da başa çatdı. Bu toplantı dünyada gərginliyin artdığı bir dövrə təsadüf edir. Rusiyanın Ukraynada müharibəyə başlaması Qərblə Moskva arasında münasibətlərin kəskin fazaya daxil olmasına səbəb olub. Onun nəticəsidir ki, G20-in bu dəfəki toplantısına Rusiya Prezidenti Vladimir Putin qatılmadı. Onu tədbirdə, xarici işlər naziri Sergey Lavrov əvəz edirdi. 

Toplantı çərçivəsində ABŞ Prezidenti Co Baydenin Çin lideri Si Cinpin arasında görüş olub. Bu görüş fonunda Çinin Rusiyaya qarşı əvvəlki loyal münasibətindən bir qədər geri çəkildiyi hiss olunur. Eyni zamanda, Bayden Türkiyə Prezidenti Ərdoğanla da görüşüb. Nəticədə Türkiyəy F-16-ın verilməsi məsələsində müsbət anonslar gəlib. 

Ümumiyyətlə, G20-in bu tədbirində ümumən hansı istiqamətlər müzakirə olunub? Orada müşahidə edilən mövcud mənzərə, atmosfer qarşıda ola biləcək hansı müharibə və gərginliklərdən xəbər verir? 

Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, sammitin əsas mövzusu qlobal təhlükəsizlik, qlobal aclıq, humanitar fəlakət, müharibə və ondan doğan problemlər ətrafında olub:

“G20-in bu dəfəki tədbiri əvvəlkilərindən fərqli olaraq bir qədər gərgin atmosferdə keçdi. Rusiya Ukrayna müharibəsi belə bir gərginliyin yaranmasına rəvac verib.

Məhz həmin məsələ sammitdə geniş müzakirə, mübahisə predmeti olub. Sammitin əsas mövzusu bu əsasda əsasən qlobal təhlükəsizlik, qlobal aclıq, humanitar fəlakət, müharibə və ondan doğan problemlər məsələsi olub. Bu istiqamətlərdə xüsusi çağırışlar da oldu. Sammit çərçivəsində Ərdoğan-Bayden görüşü mühüm əhəmiyyət kəsb etdi. F-16-la bağlı Baydenin pozitiv açıqlaması Türkiyənin düşmənlərini əndişələndirdi.

Ukrayna qəti və haqlı şəkildə bəyan etdi ki, onun sərhədləri 1991-ci il sərhədlərinə qaytarılmayana qədər müharibə bitməyəcək. Lavrov isə Zelenskinin bu çıxışına ironiya ilə münasibət bildirib. Əfsus ki, sammitdə sadalanan problemlərdən çıxış yolları ilə bağlı konkret bir nəticə hasil olunmadı. Sadəcə problemlər eşidildi, amma yekun nəticə ilə bağlı gerçək təşəbbüslər irəli sürülmədi. Bir sözlə, tədbir daha çox qüdrətli dövlət liderlərinin hədələri, ambisioz çıxışları ilə yadda qaldı”. 

Ekspert qeyd edir ki, G20 sammitində müşahidə edilən mənzərə Ukrayna ətrafında gərginliyin daha da artacağından xəbər verir:

“Polşa ərazisinə rus raketlərinin düşməsi və onun öz təsdiqini tapması NATO-nun 4 maddəni əsas gətirərək, məsləhətləşmələr keçirməsinə rəvac verəcək. Bu versiya təsdiqləndiyi təqdirdə isə NATO-nun bir üzvünə hücum hər bir üzvə hücum kimi qiymətləndiriləcək və nəticədə qurumun 5-ci maddəsi işə düşə bilər.

Bu isə qarşıda ciddi narahatlıqların olacağından xəbər verir. Ukrayna Rusiya müharibəsinə Polşanın timsalında üçüncü tərəf qoşularsa, eskalasiya daha da dərinləşəcək. Bu mənada G20 səviyyəsində olan danışıqlar əslində Rusiyaya xəbərdaredici notda olan bir çox mesajlarla yadda qaldı. Güman edək ki, Rusiya bunun fərqində olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO