Bu da Bred Pittin YENİ sevgilisi - FOTO

Bu da Bred Pittin YENİ sevgilisi - FOTO

Hazırda oxunan: Bu da Bred Pittin YENİ sevgilisi - FOTO

104689

Qərb tabloidləri yekdilliklə “Bred Pitt eşq yaşayır” yazır.

Bizim.Media xəbər verir ki, onlar Hollivud ulduzunun “Vampirin gündəlikləri” filmindəki Pol Ueslinin keçmiş həyat yoldaşı İnes de Ramonla sevgili olduğunu iddia ediblər. 

Cütlük Sindi Krouford, əri Rendi Gerber və Şon Penn ilə Los-Ancelesdə Bono konsertində görüntülənib.  

58 yaşlı Bred və 29 yaşlı İnes hisslərini gizlətməyə çalışmayıblar. Onlar qucaqlaşıb, tez-tez bir-birlərinə toxunublar. 

İnes de Ramon “The Vampire Diaries” ulduzu Paul Uesley ilə sentyabrda boşandıqlarını elan edənə qədər üç il evli idi.  

Bred Pitt də rəsmi olaraq subaydır. Belə ki, onun Ancelina Coli ilə qalmaqallı ayrılığı dünya mətbuatının manşetinə çevrilib.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO