Sumqayıtda azyaşlı bacıların ölməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Sumqayıtda azyaşlı bacıların ölməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Hazırda oxunan: Sumqayıtda azyaşlı bacıların ölməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

104672

Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən apa.az-a bildirilib ki, eyni ailənin üzvü olan 03.10.2018-ci il təvəllüdlü A.Ə. və 08:15-də 03.07.2016-cı il təvəllüdlü A.A. valideynləri tərəfindən 16.11.2022-ci il saat 05:35-də Sumqayıt Tibb Mərkəzinin Uşaq xəstəxanasına gətirilib. 

Baxış zamanı hər iki uşaqda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. 
 
Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib. 

***13.48

Sumqayıtda 2 azyaşlı ölüb. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, ölənlərin 2018-ci il təvəllüdlü Allahverdiyeva Əsra Şahbaz qızı və bacısı 2016-cı il təvəllüdlü Allahverdiyeva Aynaz Şahbaz qızı olduğu bildirilir. 

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Ölümün səbəbləri ekspertizadan sonra məlum olacaq. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO