Şəkidə valideyn-məktəb münasibətlərinin tənzimlənməsi MÜZAKİRƏ OLUNUB - FOTO 

Şəkidə valideyn-məktəb münasibətlərinin tənzimlənməsi MÜZAKİRƏ OLUNUB - FOTO 

Hazırda oxunan: Şəkidə valideyn-məktəb münasibətlərinin tənzimlənməsi MÜZAKİRƏ OLUNUB - FOTO 

104533

Şəkidəki 12 nömrəli məktəbin rəhbərliyi tərəfindən Elm və Təhsil nazirliyinin "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları " və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat"ının müzakirəsi keçirilib.  

Yeni qaydaların müzakirəsində I-XI sinif valideyn komitə sədrləri, eləcə də fəal valideynlər iştirak edib.  

Məktəbin direktoru Nəzakət Qəhrəmanzadə Bizim.Media-ya bildirib ki, ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivə müəyyən edilib:

“Bu qaydalar şagirdlərin bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir”.  

Məktəb direktoru xüsusi olaraq vurğulayıb ki, yeni qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət-red), əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir.  
Müzakirələrə qatılan təşkilatçı Günel Rəhimova məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb.  

Müzakirələrdə valideynlər bır sıra rəy və təkliflərlə çıxış edib. İndiyə qədər başqa sənədlərdə əksini tapmış qaydaların vahid bir sənəddə cəmləşdirilməsi yüksək qiymətləndirilib.  

Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, səmərəli məktəb mühiti haqqında geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO