Rusiya sülhməramlılarının KORLUĞU - Ermənilər Xocavənddə PUA EMALATXANASI açıblar

Rusiya sülhməramlılarının KORLUĞU - Ermənilər Xocavənddə PUA EMALATXANASI açıblar

Hazırda oxunan: Rusiya sülhməramlılarının KORLUĞU - Ermənilər Xocavənddə PUA EMALATXANASI açıblar

104438

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ ərazisində fəaliyyətini davam etdirən separatçı rejimin daha bir xoşagəlməz fəaliyyəti ilə bağlı xəbərlər yayılıb.

Belə ki, qondarma qurumun dövlət nazirinin müşaviri Artak Beqlaryan Qarabağda sayca 24-cü “ARMAT IN THE AIR” adlı pilotsuz uçuş aparatları emalatxanasının açıldığını elan edib. Yeni emalatxana keçmiş Ağdərə şəhərində fəaliyyət göstərəcək.

Beqlaryan teleqram kanalında yazıb:

“Layihənin həyata keçirilməsini qardaş ölkə Fransanın Sarsel şəhər meriyası və erməni icması maliyyələşdirib. "Armat"da artıq 600-ə yaxın tələbə maraqlı və praktiki texnoloji təhsil alır və biz Qabaqcıl Texnologiya Müəssisələri İttifaqının rəhbərliyi ilə “Artsax”da "Armat"ların sayının əhəmiyyətli dərəcədə artırılması imkanını müzakirə etdik”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin atəşkəsi pozmasının arxasında hansı məqsədlər gizlənir? – ŞƏRH


Göründüyü kimi, Fransadan gələn maliyyə dəstəyilə torpaqlarımızda erməni uşaqları PUA emalatxanasında dron texnologiyalarını öyrənirlər. Emalatxanaların sayını daha da artırmaq niyyətləri var.

Hər halda ermənilər dron texnologiyalarını heç də xoş niyyətlə öyrənmirlər. Onların siyasi çağırışlarında revanşist ruh öz gücünü 44 günlük müharibədən sonrakı ilk günlərdəki kimi qoruyub-saxlayır. Eyni zamanda onların aşkar-xəlvəti silahlandığı da bəllidir.

Doğrudur, “Qisas” əməliyyatı ilə Qarabağ ermənilərinin başları əzildi, lakin elə noyabrın 14-də yenidən Xocavənddə mövqelərimiz atəşə tutuldu. Yəni, Qarabağdakı terrorçular heç də xəbərdarlıqlardan dərs çıxaracaq tayfa deyillər. 

Bəs, ruslar hara baxır?

Bildiyimiz kimi, Ağdərə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasındadır. Eyni zamanda söhbət emalatxanadan gedirsə, orada dəzgah, texnika da olmalıdır. Hər halda bu cür lazımi ləvazimatları da Xankəndidə oturub, istehsal etmirlər. Yəni, Laçın dəhlizi vasitəsilə bu texnika Qarabağa gətirilir. Bu yol da rusların nəzarətindədir. 

Erməniləri tanıyırıq, onların xisləti, niyyəti onsuz da bəllidir. Bəs, Rusiya sülhməramlıları silah-sursatın, texnikaların Qarabağa daşınmasına niyə göz yumur?

Sualın ancaq bir cavabı ola bilər. Qarabağda Rusiya hərbi kontingentinin məramı sülh deyil. Vəziyyəti elə, rusların özünün sevimli yazarı, dramaturq Anton Çexovun unudulmaz aforizmi çox gözəl təsvir edir:

“Əgər tamaşanın birinci pərdəsində divardan tüfəng asılıbsa, növbəti pərdələrdə mütləq o silahdan istifadə olunacaq”.

Yəni, ermənilər rusların da göz yumması, yardımı ilə silahları suvenir kimi divardan asmaq üçün Qarabağa gətirmirlər. O, silah gec-tez işə düşəcək. Təbii ki, bizə qarşı. Amma biz lazım olan anda onların cavabını verməyə hazırıq. Silah işə düşəcəksə, qan da töküləcək.
Bu qanın baiskarı isə bu gün qış yuxusunda olan Rusiya hərbçiləri olacaq. Onların da yuxusu, görünür, yaman ağırdır. Röyalarında da, deyəsən, Qarabağın mənzərəsini görüblər ki, şirin yuxudan ayıla bilmirlər.

Oyananda isə artıq gec olacaq. Çünki sülhməramlıların 2025-ci ildə Qarabağdan gedəcəkləri artıq bəllidir. Amma sülhməramlıların fəaliyyətsizliyi bu formada davam edərsə, heç 2025-ci ilə kimi gözləmək də lazım gəlməyəcək. Və beləcə ruslar Qarabağ yuxusundan vaxtından əvvəl oyanmalı olacaqlar.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO