Şəbnəm

Şəbnəm "Hə"sini verdiyi qızından DANIŞDI: “Qaynana olmağa hazır deyiləm” - VİDEO

Hazırda oxunan: Şəbnəm "Hə"sini verdiyi qızından DANIŞDI: “Qaynana olmağa hazır deyiləm” - VİDEO

104386

“Qızımla o qədər də açıq deyiləm, qapalı uşaqdır. Gəldi, bu məsələ haqda danışdı, fikirlərinə hörmətlə yanaşdım. Əsas dedim ki, sevgi olsun. Artıq bildiyimə görə, 2 ildir bir-birlərini sevirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.

Şəbnəm özünü hələ qaynana olmağa hazır görmədiyini bildirib.

“Hər zaman arada pərdə olub qızımla. Qızım hər şeyi nənəsi ilə bölüşür. Mən onu övlad kimi yox, bacı kimi görürəm. Özümü qayınana olmağa hazır görmürəm. Qaynana kimi özümü oğlum Əli evlənəndə görə bilərəm. Hər zaman qızımın yanındayam.

Ondan heç nəyi əsirgəməmişəm. O, memarlığı oxuyur. Gələcək kürəkənimin harada təhsil aldığını bilmirəm. Amma bilirəm ki, ali savadlıdır. Onun harada oxuduğunu,  işlədiyini bilməyim hələ tezdir. Bir azdan bunları öyrənəcəyəm.
Toyu tez etmək istəmirəm. Onlar özləri üçün bu haqda fikirləşə bilərlər, amma mən nə deyəcəm, o olacaq. Qızımı gördü, bir həftənin içində evləndirdik getdi. Belə şeyi sevmirəm. Bu, düzgün deyil. Nişanlı olduqdan sonra da onlar bir-birilərini ən azı bir il tanımalıdırlar”, - deyə Şəbnəm qeyd edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO