Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atıldı - VİDEO

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atıldı - VİDEO

Hazırda oxunan: Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atıldı - VİDEO

104280

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb.

Bizim.Media xəbər verir ki, "Hilton Hotel"də keçirilən tədbirdə I turda üz-üzə gələcək komandalar bəlli olub.

Püşkatmaya Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov, futbolçusu Qara Qarayev, "Zirə"nin sükanı arxasında olan Rəşad Sadıqov, paytaxt klubunun müdafiəçisi Ruslan Abışov və Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov da qatılıb.

I turun cütləri:

“Aznur” - “Real" Bakı

“Sumqayıt” - “Bakı”

“Xəzər” - “Birbaşa Bakı”

“Qaradağ Lökbatan” - “Füzuli Ərgünəş”

“Dinamo” Gəncə - “Odlar Yurdu”

“Dəyirman” - “Dəmir Yumruq”

“Qarabağ” - “Galaxy” Şuşa

“Veteran” - “Zəngəzur”

Qeyd edək ki, 1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəni təmsil edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO