Lənkəranda startapların ilk regional seçim mərhələsi keçirildi – FOTO 

Lənkəranda startapların ilk regional seçim mərhələsi keçirildi – FOTO 

Hazırda oxunan: Lənkəranda startapların ilk regional seçim mərhələsi keçirildi – FOTO 

104277

“İdeyadan biznesə” layihəsi çərçivəsində formalaşdırılan startapların Lənkəranda ilk regional seçim mərhələsi keçirilib. 

Bizim.Media xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə icra edilən “İdeyadan biznesə” (“I2B”) layihəsinin Lənkəran şəhərində ilk regional seçim mərhələsi keçirilib.

Tədbirdə layihə müddətində inkubasiya proqramını uğurla tamamlamış Lənkəran, Quba-Xaçmaz və Dağlıq Şirvan regionundan olan startapların təqdimatı həyata keçirilib.

Təqdimatların nəticəsinə əsasən Azərbaycan Gənclər Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və “SUP VC” Akselerasiya Mərkəzinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən ən uğurlu 3 startap seçilərək finalda iştirak hüququ qazanıb.

Lənkəran şəhəri üzrə “AgroTech” sahəsində formalaşan “Aqrodost” startapı ölkədə əkinçiliklə məşğul olan fermerlər üçün fəaliyyət göstərən, digəri - "Elektron ticarət" sahəsinə aid “Alsan.az” startapı isə Bakıdan brend məhsulların regionlara çatdırılmasını asanlaşdıran operativ xidmət platformasıdır.

İsmayıllı rayonunda "EduTech" sahəsində formalaşdırılan “TutorLab” startapı şagirdlərin qiymətləndirilməsinə nəzarət imkanı yaradan platforma olub, təhsil keyfiyyətinin artırılmasına hədəflənib.
Qeyd edək ki, 2022-ci ildə “İdeyadan biznesə” layihəsinin inkubasiya proqramında 100-dən çox layihə formalaşıb, onlardan 30-u konsept, prototip və ya minimal işlək məhsul mərhələsinə çatdırılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO