Bayden Çin lideri ilə görüşdü - İLK DƏFƏ - VİDEO

Bayden Çin lideri ilə görüşdü - İLK DƏFƏ - VİDEO

Hazırda oxunan: Bayden Çin lideri ilə görüşdü - İLK DƏFƏ - VİDEO

104256

ABŞ prezidenti Co Bayden İndoneziyanın Bali adasında keçirilən G20 sammiti çərçivəsində  Çin lideri Si Cinpinlə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı noyabrın 14-də Sinxua agentliyi yayıb.

Görüşün əvvəlində ABŞ prezidenti Pekin və Vaşinqtonun fikir ayrılıqlarını aradan qaldıra biləcəyini göstərmək üçün liderlərin üzərinə düşən məsuliyyəti qeyd edib. “Çin istəsə, Birləşmiş Ştatlar onunla əməkdaşlığa hazırdır”, - deyə siyasətçi əlavə edib.
Bayden vurğulayıb ki, dünya iki ölkədən qlobal problemlərin, o cümlədən ərzaq böhranının həllində əsas rol oynamasını gözləyir.

Öz növbəsində, Si Cinpin sülh və qlobal sabitliyə nail olmaq üçün bütün ölkələrlə işləməyin zəruriliyinə işarə vurub.

Xatırladaq ki, bu, Bayden vəzifəyə gəldikdən sonra onların ilk üz-üzə görüşüdür.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO