“İran bölgə üçün təhlükədir...” – ABŞ Dövlət Departamentindən SENSASİON AÇIQLAMA - EKSKLÜZİV

“İran bölgə üçün təhlükədir...” – ABŞ Dövlət Departamentindən SENSASİON AÇIQLAMA - EKSKLÜZİV

Hazırda oxunan: “İran bölgə üçün təhlükədir...” – ABŞ Dövlət Departamentindən SENSASİON AÇIQLAMA - EKSKLÜZİV

104249

İran-Azərbaycan münasibətlərində gərginlik hər keçən gün artmaqdadır. İranın Azərbaycana qarşı çirkin təxribarları da, yeni deyil. Dövlət Təhlükəsizliyi Xidmətinin son olaraq İranın Azərbaycandakı casus şəbəkəsini ifşa etməsi və beş nəfərin həbs edilməsi sözügedən çirkin planların yalnız bir hissəsidir. Eləcə də, hərbi təlimlərlə Azərbaycanı hədələyən İran, müharibə siqnallarını da tez-tez verməyi unutmur. 

Dövlət Departamentinin mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, İran-Azərbaycan arasındakı gərginlik ABŞ-ın diqqət mərkəzindədir.
 

MÖVZU İLƏ BAĞLI:

DTX: İran xüsusi xidmət orqanlarının casus şəbəkəsi ifşa edildi - VİDEO


Azərbaycanın haqlı mövqedə olduğunu deyən ABŞ, rəsmi Bakının mövqeyini dəstəklədiyini bir daha təsdiq edib:

“Mətbuat katibi Ned Prays mətbuat brifinqində sözügedən mövzu barədə Departamentin mövqeyini qeyd edib. Dövlət Departamentinin katibi azərbaycanlı həmkarını ötən həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO