Zakir Həsənov Hulusi Akara başsağlığı verdi: “Sizin acınız bizim də acımızdır”

Zakir Həsənov Hulusi Akara başsağlığı verdi: “Sizin acınız bizim də acımızdır”

Hazırda oxunan: Zakir Həsənov Hulusi Akara başsağlığı verdi: “Sizin acınız bizim də acımızdır”

104158

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, başsağlığında deyilir: 

"İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO