Niyə İlham Əliyev Şuşada yenə hərbi formada idi? - CAVABI SADƏDİR

Niyə İlham Əliyev Şuşada yenə hərbi formada idi? - CAVABI SADƏDİR

Hazırda oxunan: Niyə İlham Əliyev Şuşada yenə hərbi formada idi? - CAVABI SADƏDİR

104135

REAL Təhlil və İnformasiya Mərkəzinin direktoru Mir Şahin Ağayev “Mir Şahinin vaxtı”nın bu günkü proqramında tamaşaçılara “Niyə İlham Əliyev Şuşada yenə hərbi formada idi?” sualını verib. 

Bizim.Media xəbər verir ki, jurnalist verdiyi sualını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 8-də Zəfər Günündə hərbçilər qarşısında işlətdiyi ifadələrlə cavablandırıb.

“Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır.

Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”.

Mir Şahinin fikrincə, Azərbaycan liderinin müqəddərat səciyyəli bəyanatları, dövlətin əsas siyasi-ictimai çağırışları son zamanlar bir qayda olaraq Şuşanın payına düşür:

“Təkcə Türkiyə-Azərbaycan müttəfiqliyinin Şuşada elan edilməsi faktı ilə kifayətlənmək olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO