Qış hər iki tərəfdən Ukraynada hərbi hücumların səngiməsinə səbəb olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The New York Times” nəşri yayıb.
Mənbə ABŞ prezidenti Co Bayden administrasiyasının yüksək rütbəli rəsmilərinə istinadən yazır ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları gələn ilə qədər dalana dirənə bilər, çünki Ukrayna Silahlı Qüvvələrinin son uğurları Moskvanın daha çox ərazi ələ keçirmək ümidlərini puça çıxarıb.
Bu arada, ABŞ rəsmiləri hesab edir ki, Rusiyanın strateji şəhər olan Xersondan qoşunlarını çıxarmaq və Dnepr çayının o tayına yerləşdirmək qərarı qismən qış yaxınlaşdıqca əsgərlərinin təchizatının kəsiləcəyi ilə bağlı narahatlığa əsaslanıb:
“Noyabrın sonunda yağış hər iki ordunun hərəkətini ləngidəcək. Sonra temperatur aşağı düşəndə və yer donanda tankların və yük maşınlarının hərəkəti asanlaşacaq. Lakin güclü qarın yağması və daha da soyuq hava ehtimalı zəif təchiz edilmiş Rusiya ordusunun yeni hücuma keçməsini çətinləşdirəcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:25 / 13.11.2022
Ukraynada hərbi əməliyyatlarda qış fasiləsi 6 ay davam edə bilər
Hazırda oxunan: Ukraynada hərbi əməliyyatlarda qış fasiləsi 6 ay davam edə bilər
Hazırda oxunan: Ukraynada hərbi əməliyyatlarda qış fasiləsi 6 ay davam edə bilər
104126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.